Məşhur müdafiəçi: "Qərardan məyus oldum"

  • Bu gün, 21:21

"Napoli"nin braziliyalı müdafiəçisi Juan Jesus "İnter"in və İtaliya millisinin futbolçusu Françesko Açerbinin irqçi təhqirdə ittiham olunaraq cəzadan yayınmasından məyus olub.

Sportlife.az xəbər verir ki, bundan əvvəl hakim dəlil olmadığı üçün Milan komandasının oyunçusuna irqçiliklə bağlı işdə bəraət vermişdi.

"İnter" – "Napoli" matçında irqçi təhqirin qurbanı olduğuma dair heç bir sübutun olmadığını qeyd edən hakimin qərarından məyus oldum. Qərara hörmətlə yanaşıram, amma onu tam başa düşmürəm və buna görə pis hiss edirəm. Düzünü desəm, belə bir ciddi hadisə məni məəttəl qoydu. Yeganə səhvim o oldu ki, tamaşaçıları narahat etməmək üçün vacib oyunu yarımçıq qoymamaq qərarına gələrək özümü “centlmen kimi” apardım. Ancaq düşünürəm ki, oxşar vəziyyətdə olan hər kəs, təəssüf ki, mübarizə apardığımız irqçilikdən qorunmaq üçün çox fərqli hərəkət edəcək” - jurnalist Fabrizio Romano sosial şəbəkələrdə Jezusdan sitat gətirib.

Martın 17-də A Seriyasının 29-cu turunda “İnter” – “Napoli” (1:1) oyununda Jezus Açerbinin irqçi təhqirlərinə görə görüşün baş hakiminə şikayət edib.


Paylaş: