Messinin gardasi gezaya ugradi: Emeliyyat olunacag, Barcelona

Messinin qardaşı qəzaya uğradı: Əməliyyat olunacaq

  • 2 Dekabr 2017, 22:15

"Barselona"nın argentinalı üzvü Lionel Messi ailəsindən gələn bəd xəbərlə sarsılıb. Sportlife.az xəbər verir ki, 30 yaşlı hücumçunun qardaşı Matias qayıqla qəzaya uğrayıb.
 
Qəza Argentinada, Rosario əyalətindəki Parana çayında baş verib. Qayıq qum yığınına çırpılıb. Nəticədə Matias qayığın ön şüşəsinə çırpılıb. Çənə və ağız hissəsində sınıqlar yaranıb. Təcili xəstəxanaya aparılan 35 yaşlı Matias əməliyyat olunacaq.
 
Qeyd edək ki, Matiasın beyin xəsarəti almadığı və həyatı üçün heç bir təhlükənin olmadığı bildirilib.

Paylaş: