
Messiyə görə dünyanın ən yaxşı futbolçusu kimdir?
"İnter Mayami"nin və Argentina millisinin hücumçusu Lionel Messi indiyə qədər gördüyü ən yaxşı futbolçunun adını açıqlayıb.
Sportlife.az xəbər verir ki, argentinalı superulduz braziliyalıRonaldonu fərqləndirib:
“Ronaldo fenomen idi. Gördüyüm bütün oyunçular arasında o, mənim üçün ən yaxşısı, heyrətamiz futbolçu idi".
Ronaldo 2011-ci ildə kayerasını başa vurub. Veteran futbolçu "Kruzeyro", "PSV", "Barselona", "İnter", "Real", "Milan" və "Korintians"da çıxış edib. O, iki dəfə - 1997 və 2022-ci illərdə "Qızıl top"u qazanıb.