
MS sabiq futbolçusu ilə maraqlanır
"Mançester Siti" "Tottenhem"in 25 yaşlı sağ cinah müdafiəçisi Pedro Porro ilə maraqlanır.
Sportlife.az xəbər verir ki, London klubu ispan futbolçunu 50 milyon funt-sterlinqə satmağı düşünür. MS Porronu 34 yaşlı Kayl Uokerin əvəzləyicisi kimi görür.
Porro artıq 2019-2022-ci illərdə “Mançester Siti”də çıxış edib. Bu mövsüm müdafiəçi bütün turnirlərdə 46 matçda iştirak edib, 3 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2028-ci ilin yayına qədərdir.