Premyer Liqa klubu onu satmağı düşünür
"Kristal Pelas" müdafiəçisi Mark Qexi barədə qərarını verib.
Sportlife.az "TBR Football" portalına istinadən xəbər verir ki, Premyer Liqa klubu 24 yaşlı müdafiəçi müqaviləsini uzatmasa, onu gələn yay satacaq.
Qexi 2021-ci ilin yayından "Kristal Pelas"da çıxış edir. O, klubda ümumilikdə 119 oyuna çıxıb və 6 dəfə fərqlənməyi bacarıb.