Premyer Liqanın 3 klubu Dembele ilə maraqlanır

  • 21 Noyabr 2023, 19:20

PSJ-yə keçdikdən sonra 15 matça çıxan cinah oyunçusu Usman Dembele 4 uğurlu ötürmə ilə yadda qalıb. 

Sportlife.az "TodoFichajes"ə istinadla məlumat verir ki, İngiltərə Premyer Liqasının 3 klubu Dembeleni izləyir.

Bu komandalar "Nyukasl", "Arsenal" və "Çelsi"dir. Onların hər biri yaxın gələcəkdə Usmanla sözləşmə imzalamağa cəhd edə bilər.

Nüfuzlu Transfermarkt portalının mütəxəssisləri 26 yaşlı Dembeleni 60 milyon avro dəyərində qiymətləndirirlər.


Paylaş: