PSJ - Mbappe - 7:2
Ötən gün "Marsel"i məğlub edən PSJ Fransa Superkubokunun qalibi olub.
Sportlife.az xəbər verir ki, Paris klubu Kilian Mbappenin "Real"a getməsindən sonra 7-ci titulunu əldə edib.
PSJ Liqa 1, Fransa Kuboku və Fransa Superkuboku, eləcə də Çempionlar Liqası, UEFA Superkuboku və Qitələrarası Kuboku qazanıb.
Mbappe isə bu müddət ərzində cəmi 2 titulla kifayətlənib.
Qeyd edək ki, PSJ ardıcıl 4-cü il Fransa Superkubokuna sahib çıxıb.