
"Qarabağ"dan Benzia xəbərinə reaksiya
"Qarabağ" Yassin Benzianın mövsümün sonunda komandadan ayrılacağı ilə bağlı iddialara münasibət bildirib.
Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev Sportlife.az saytına açıqlamasında məlumatı təkzib edib:
"Benzianın müqaviləsi yaya kimi nəzərdə tutulub. Bu mövsümün sonunda müqavilə müddəti bitən futbolçularla bağlı məlumat veriləcək. Hələki dəqiqləşən bir şey yoxdur. Ona görə də açıqlama vermək tezdir".
Qeyd edək ki, Fransa mətbuatı Benzianın Səudiyyə Ərəbistanından sərfəli təkliflər aldığını, "Qarabağ"da qalmaq üçün 1 milyon avro maaş tələb etdiyini yazıb.