"Real" 30 illik kredit götürəcək
"Real" öz stadionunu yenidən qurmaq üçün daha bir kredit götürməyi planlaşdırır.
Sportlife.az “Marca”ya istinadla məlumat verir ki, yeni kreditin məbləği 375 milyon avro olacaq.
Klub bu məbləği 30 il müddətinə illik 4,7%-lə götürəcək. Bu vəsaitin parkinq və arenanın abadlaşdırılmasına xərclənəcəyi bildirilir.
Qeyd edək ki, "Real" bundan əvvəl stadionun təmiri üçün ümumi məbləği 800 milyon avro olan 2 kredit götürüb.