"Real Madrid"in ÇL oyunu üçün müvəqqəti əngəl
"Real Madrid" sabah Almaniyada Çempionlar Liqasında "Leyptsiq"lə qarşılaşacaq.
Sportlife.az İspaniya mətbuatına istinadla xəbər verir ki, Almaniyada hava limanı işçiləri tətil keçirdiyi üçün "Real" "Leyptsiq"lə oyun üçün marşrutu dəyişib.
Leyptsiq və Drezden hava limanlarının işçiləri fevralın 11-dən tətilə çıxdıqları üçün 100-dən çox sərnişin reysi təxirə salınıb. Leyptsiqə eniş etməyin mümkünsüzlüyünə görə “Real”ın heyətinin olduğu təyyarə Erfurtda eniş edib, bundan sonra komanda avtobusla 160 kilometr yol qət edib.
Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Leyptsiq" - "Real Madrid" matçı sabah gecəyarısı keçiriləcək.