
"Real"ın hədəfində "Liverpul"un futbolçusu var
"Real" gələn yay sağ cinah müdafiəçisi transfer etmək istəyir.
Sportlife.az "Marca" nəşrinə istinadən xəbər verir ki, "kral klubu"nun bir nömrəli hədəfi "Liverpul"un futbolçu Trent Aleksandr-Arnolddur.
26 yaşlı futbolçunun Mersisayd klubu ilə müqaviləsi gələn ilin yayında bitir. O, sözləşməsini yeniləməsə, gələn ilin yayında azad agent olacaq.