Reşford "Barselona"da xoşbəxtdir
"Barselona"nın idman direktoru Deku Markus Reşfordun "Mançester Yunayted"dən icarəyə götürülməsindən danışıb.
Sportlife.az xəbər verir ki, o, futbolçunun burada xoşbəxt olduğunu bildirib: "Markus fantastik oyunçudur. O, "Yunayted"dəki nəsil dəyişikliyi səbəbindən bir az əziyyət çəkib. Son beş ildə Mançester təmsilçisinə baxanda görürsən ki, onlar komandanı yenidən qurmaq və güclənmək üçün mübarizə aparıblar. Buna görə də insanların çox şey gözlədiyi bir oyunçu üçün asan deyil.
Vacib oyunçu olanda daha çox məsuliyyət daşıyırsan".