
Rodriqo "Real"dan ayrılmağı düşünmür
"Real"ın futbolçusu Rodriqo ilə PSJ və "Mançester Siti" yaxından maraqlanır.
Sportlife.az xəbər verir ki, braziliyalı futbolçu isə "kral klubu"ndan ayrılmağı düşünmür. O, karyerasını Madrid klubunda davam etdirmək istəyir.
Rodriqo 2019-cu ildən "Real"da çıxış edir. O, başa çatan mövsümdə 51 oyuna çıxıb, 17 qol vurub və 9 məhsuldar ötürmə edib.