Ronaldu "Barselona"ya keçə bilərmiş

  • Dünən, 16:59

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu karyerasının əvvəlində “Barselona”ya keçə bilərmiş.

Sportlife.az xəbər verir ki, Kataloniya klubu 2000-cü ildə portuqaliyalı forvardla maraqlanıb:

“Sportinq”dəki karyeram zamanı bir neçə klub mənimlə maraqlanırdı, onlardan biri də “Barselona” idi. Bir nəfər mənimlə danışdı və "Barsa"ya keçməyi təklif etdi, amma sonda transfer baş tutmadı. “Barselona” ilə müqavilə bağlaya bilərdim. Niyə bu baş vermədi? Bəlkə də məni gələn il almaq istədikləri üçün. “Mançester Yunayted” isə bunu dərhal etdi".


Paylaş: