
Rusiya nəhəngindən Braziliya klubuna
"Zenit" yarımmüdafiəçisi Du Keyruşun "Qremio"ya transfer olunduğunu açıqlayıb.
Sportlife.az xəbər verir ki, müqavilə 2024-cü ilin sonuna qədər icarə müddətini nəzərdə tutur. Braziliya klubu 24 yaşlı futbolçunu almaq hüququna sahib olacaq.
Do Keyruş 2023-cü ilin yayından “Zenit”də çıxış edir. Braziliyalı Sankt-Peterburq klubunda 16 oyun keçirib və 1 qol vurub.