Slot xəbərləri təkzib etdi
“Liverpul”un baş məşqçisi Arne Slot komandasının “Napoli”nin futbolçusu Xviça Kvaratsxeliya ilə maraqlanması barədə xəbərlərə reaksiya verib.
Sportlife.az xəbər verir ki, niderlandlı mütəxəssis bu məlumatların həqiqətə uyğun olmadığını bildirib:
“Şayiələr yayılır və biz onları şərh etməyəcəyik. 100 hadisədən 99-da transfer pəncərəsinin sonuna kimi məlum olur ki, bu xəbərlərin demək olar ki, hamısı həqiqətə uyğun deyil”.
Daha öncə mətbuatda 23 yaşlı gürcüstanlı futbolçu ilə “Liverpul” və PSJ-nin maraqlandığı barədə xəbərlər yayılmışdı.