
"Valensiya" PL klubunun oyunçusunu transfer edir
"Valensiya" klubu "Bornmut"da çıxış edən Maks Aaronsu heyətinə qatmağa yaxındır.
Sportlife.az insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, "yarasalar" 25 yaşlı futbolçu satınalma bəndiylə birlikdə icarəyə götürəcək. Satınalma bəndi məcburi olmayacaq.
İspaniya klubu 9 milyon avro ödəyərək sağ cinah müdafiəçisini birdəfəlik transfer edə bilər.
Aarons cari mövsümdə yalnız 3 oyunda meydanda olub.