
Van Persi iddialı kluba keçir
Niderland millisinin keçmiş hücumçusu Robin van Persi "Feyenoord"un yeni baş məşqçisi olacaq.
Sportlife.az xəbər verir ki, tərəflər müqavilənin 2027-ci ilin yayına qədər imzalanması ilə bağlı prinsipial razılığa gəliblər. "Feyenoord" mütəxəssisin gedişinə görə "Herenveen"ə təzminat ödəyəcək.
Van Persi ötən ilin yayından bu komandada işləyir. Onun rəhbərliyi altında "Herenven" 26 görüşdə 9 qələbə qazanıb, 6 dəfə heç-heçə edib. Van Persi əvvəllər "Feyenoord"un akademiyasında məşqçi kimi çalışıb.