Vaskes "Real"da qalır?

  • 12 Fevral 2024, 18:42

"Real"ın yarımmüdafiəçisi Lukas Vaskes Madrid klubu ilə müqaviləsini uzada bilər.

Sportlife.az "Relevo"ya istinadla xəbər verir ki, klub son vaxtlar 32 yaşlı ispaniyalı ilə müqaviləni uzatmağa meylli olub. Vaskesin hazırkı müqaviləsi bu yaya qədərdir.

Vaskes "Real Madrid"in yetirməsidir. Bu mövsüm o, komandanın heyətində 23 oyun keçirib, 1 qol vurub və 4 məhsuldar ötürmə edib.


Paylaş: