"Zenit"in müdafiəçisi Avropa klubuna keçəcək

  • 21 Noyabr 2023, 18:48

"Zenit"in müdafiəçisi Robert Renan qışda klub qeydiyyatını dəyişə bilər.

Sportlife.az "Globo"ya istinadla xəbər verir ki, futbolçu yanvarda Avropa klubuna keçmək niyyətindədir. Mənbənin sözlərinə görə, Avropadan Renana bir neçə təklif var.

Qeyd edək ki, Renanın agenti daha əvvəl futbolçu üçün heç bir təklifin olmadığını bildirmişdi.

20 yaşlı müdafiəçi bu ilin yanvarında "Zenit"ə keçib. Futbolçu bütün turnirlərdə cəmi 18 matça çıxıb, fərqlənməyib. 

Renanın "Zenit"lə hazırkı müqaviləsi 2028-ci ilə qədərdir. Transfermarkt portalı futbolçunun dəyərini 9 milyon avro qiymətləndirir.


Paylaş: