Amorim "Arsenal"la oyundan danışıb

  • 10 Yanvar 2025, 21:39

"Mançester Yunayted" İngiltərə Kubokunun 5-ci turunda səfərdə "Arsenal"la qarşılaşacaq.

Sportlife.az xəbər verir ki, qarşılaşmadan önсə keçirilən mətbuat konfransında "qırmızı şeytanlar"ın baş məşqçisi Ruben Amorim bu fikirləri səsləndirib:

"Bəzən belə oyunları qazanmaq və az istirahət etmək daha yaxşıdır. Bizim əsas məqsədimiz bu oyunu qazanmaqdır, sonra isə növbəti oyun haqqında düşünəcəyik. Həmişə ən yaxşı oyunçuları saxlamaq istəyirik, amma klubun hazırkı vəziyyətini də nəzərə almalıyıq. Görəcəyik. Amma mən çox məmnunam. Xüsusilə akademiyadan çıxan oyunçuları çox bəyənirəm".

Xatırladaq ki, "Arsenal" - MY matçı bu bazar Bakı vaxtıyla saat 19:00-da start götürəcək.

 


Paylaş: