"Araz Naxçıvan"ın legioneri: "Naxçıvanda oynamaq istəyirəm"

"Araz Naxçıvan"ın legioneri: "Naxçıvanda oynamaq istəyirəm"

  • 22 Fevral 2024, 10:49

"Araz Naxçıvan"ın futbolçusu Muhammed Kadiri Sportlife.az saytına müsahibə verib.

- "Araz Naxçıvan"da işlərin necə gedir, burada özünü xoşbəxt hiss edirsən?

Özümü çox xoşbəxt hiss edirəm, liqada da çox yaxşı çıxış edirik. Hər şey əladır.

- Azərbaycana gəlməmişdən əvvəl Qana, Avstriya, Ukrayna və Macarıstan liqalarında çıxış etmisən. Müqayisə üçün desək sənin üçün ən rahat olan ölkə hansıdır?

Bütün ölkələrdə özümü çox rahat hiss etməmişdən əvvəl əsas məqam xoşbəxt olmaq və özünə inamlı olmaqdır. Burada hər şey qaydasındadır. Ciddi bir problem yoxdur. Komandaya faydalı olmağa çalışıram. 

- "Araz Naxçıvan" Naxçıvan şəhərini təmsil etsə də, öz oyunlarını Bakıda keçirir. Naxçıvanda olmaq, ev oyunlarınızı orada keçirmək istəyərdiniz?

Düşünürəm ki, öz şəhərimizdə, evimizdə oynamaq çox yaxşı olardı. Çünki bu zaman azarkeşlərimiz yanımızda olar və bizi dəstəkləyər. Ona görə də Naxçıvanda oynamaq daha yaxşıdır.

- Bu mövsüm 3 oyunda qol vurmusan. Hər 3 qol da bir-birindən möhtəşəm alınıb. Uzaqdan zərbə endirməyi sevirsən?

Bəli, qol vurmağı xoşlayıram və texnikanı uzun müddət öyrənmişəm. Bütün zərbələrim dəqiq hesablanmış olmasa da, ən yaxşısını etməyə çalışıram. Bunlar təsadüfü alınmayıb, öz üzərimdə həmişə çalışıram. Çalışacam qollara davam edim. 

- Qollardan söz düşmükən, bir dəfə "ayın qolu" nominasiyasında qalib olmusan. Növbəti dəfə qalib olmağına nə mane oldu?

Açığı, bu durum məndən asılı deyil. İnsanlar belə qərar verdi. Heç nə deyə bilmərəm. Qalib gələn futbolçuya uğurlar arzulayıram.

- Səncə, "Kəpəz"in futbolçusu Junior Martinsin qolu sənin qolundan yaxşı idi?

Məncə, dirəyə dəyərək qapıya daxil olan bütün qollar gözəldi.


Paylaş: