“Atalanta” fransalı futbolçu ilə maraqlanır
"Atalanta" Kevin Danzonu transfer etmək istəyir.
Sportlife.az xəbər verir ki, Bergamo klubu 25 yaşlı müdafiəçi ilə şəxsi məsələlərdə razılığa gəlib. "Lans" isə onun üçün 25 milyon avro tələb edir.
Danzo 2021-ci ildən bəri "Lans"da çıxış edir. O, son mövsümdə bütün turnirlərdə 38 oyuna çıxıb və 1 qol vurub.