
Azərbaycan millisi bu gün Avro-2024-ün seçmə mərhələsində F qrupunda növbəti oyununa çıxacaq.
Sportlife.az xəbər verir ki, rəqib İsveç yığması olacaq. Bakıda - Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:00-da başlayacaq.
Bu oyunu qadın hakim idarə edəcək. Referi isveçrəli Ester Ştaubli olacaq.
Qeyd edək ki, bu komandalar arasında keçirilən ilk oyunda İsveç Azərbaycana 5:0 hesabı ilə qalib gəlmişdi.
Avro-2024, seçmə mərhələ, 9-cu tur
16 noyabr
21:00 Azərbaycan - İsveç 3:0
Qol: Emin Mahmudov, 3, Renat Dadaşov, 6, Emin Mahmudov, 89
Qırmızı vərəqə: Bəhlul Mustafazadə, 57 (Azərbaycan)
Baş hakim: Ester Ştaubli (İsveçrə)
Tofiq Bəhramov adına Respublika stadionu.