“Joarlemi saxlayırlar, hakim oyunu dayandırmır”

  • 9 Fevral 2025, 19:20

Azərbaycan Premyer Liqasının 22-ci turunun “Sabah” – “Turan Tovuz” oyunundan (2:1) sonra qonaq komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırdı.

Sportlife.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– İkinci hissənin ilk 15 dəqiqəsində toparlana bilmədik və 2 qol buraxdıq. Sonradan vəziyyəti dəyişmək alınmadı.

– Xəyal Nəcəfov və Ayxan Hüseynovun oyuna gec daxil olmasının səbəbi nə idi?

– Tez dəyişiklik edə bilərdik. Sadəcə qərarım belə oldu.

– Rəqib sizə nədə sürpriz etdi?

– İkinci toplarda uduzduq. İkinci qol zamanı hakimlə mübahisə oldu. Rəhimin butsu çıxmışdı, amma qayda pozuntusu qərarı verilmədi.

– İdarəçilikdən razı qaldız?

– Nəsə deyəcəm, nəsə dəyişəcəksə, başqa məsələ. Amma dəyişməyəcəksə, mənası yoxdur. Yoruldum bunu deməkdən. Joarlimi əllə saxlayırlar, amma hakim oyunu dayandırmır.


Paylaş: