“Kayrat” çempion oldu

  • 26 Oktyabr 2025, 17:42

Futbol üzrə Qazaxıstan Premyer Liqasında 2025-ci il mövsümünə yekun vurulub.

Sportlife.az xəbər verir ki, son turda çempion bəlli olub.

"Kayrat" doğma meydanda ən yaxın izləyicisi "Astana"nı qəbul edib. Qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb. Xallarını Rafael Urazbaxtinin yetirmələri çempionluğu rəsmiləşdirib.

"Astana" 57 xalla 2-ci, "Tobol" isə 54 xalla 3-cü olub.

Qeyd edək ki, "Kayrat" ardıcıl ikinci, ümumilikdə isə 5-ci dəfə Qazaxıstan çempionu olub.


Paylaş: