
“Kəpəz” Küveyt klubunu məğlub etdi
"Kəpəz” klubu növbəti yoxlama matçını keçirib.
Sportlife.az xəbər verir ki, Gəncə təmsilçisi Azərbaycanda təlim-məşq toplanışında olan Küveytin “Əl-Yarmuk” klubu ilə görüşüb.
Qəbələ şəhər stadionunda baş tutan matç “sarı-göylər”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qərb təmsilçisinin heyətində Lassana Ndiaye və Kərim Lkuça fərqlənib.