"Krasnodar" Kadi üçün "Qarabağ"dan nə tələb edir? - Danışıqların DETALLARI

  • 11 İyun 2024, 14:36

"Qarabağ" Kadi Borgesi yenidən heyətinə qatmaq üçün danışıqlarını davam etdirir.

Sportlife.az saytının əldə etdiyi məlumata görə, Ağdam təmsilçisi "Krasnodar"la transferin mümkün müzakirəsini aparır. "Qarabağ" əvvəlcə oyunçunu icarəyə götürmək istəsə də, Rusiya klubu buna razı olmayıb. Krasnodar təmsilçisini Kadini birdəfəlik satmaq istəyir.

Bunun ardından "köhlən atlar" braziliyalının transferi üçün qarşı tərəfə 1 milyon dollar təzminat verməyə hazır olduğunu bildirib. Ancaq Rusiya klubu bununla da razılaşmayıb. Premyer Liqa təmsilçisi Kadi üçün 2 milyon dollar tələb edir.

Yarımmüdafiəçiyə "Qarabağ"la yanaşı, Macarıstan və Səudiyyə Ərəbistanı klublarından da təkliflər var. Tərəflər arasında danışıqların davam etdiyi bildirilir.


Paylaş: