La Liqa klubu isveçrəli futbolçu ilə razılığa gəlib
İsveçrəli futbolçu Rikardo Rodriges karyerasını İspaniyada davam etdirəcək.
Sportlife.az xəbər verir ki, azad agent olan 31 yaşlı futbolçu "Betis"lə razılığa gəlib. O, "ağ-yaşıllar"la 2 illik müqavilə imzalayacaq.
Rodriges son 4 mövsümdür "Torino"da çıxış edir. Turin klubu onu başa çatan müqaviləsini yeniləməyib.