"Neftçi"dən yeni müqavilə
“Neftçi” və Rusiyanın “Lokomotiv” futbol klublarının akademiyaları arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Sportlife.az Moskva təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, memorandum gənc futbolçuların yetişdirilməsi istiqamətində təcrübə mübadiləsini, Azərbaycan və Rusiyada keçirilən turnirlərdə iştirakı, MDB ölkələri arasında birliyin, sülhün və harmoniyanın təmin edilməsini, məşqçilər üçün təcrübə proqramlarının və bir sıra təhsil tədbirlərinin keçirilməsini nəzərdə tutur.
Moskvada keçirilən imzalama mərasimindən sonra klub nümayəndələri “RJD Arena” ilə tanış olub və “Lokomotiv”in muzeyini ziyarət ediblər.