“Qalatasaray”da ciddi itki
"Qalatasaray"ın yarımmüdafiəçisi Qabriel Sara zədələnib.
Sportlife.az xəbər verir ki, braziliyalı futbolçunun iki həftə meydanlardan uzaq qalacağı gözlənilir.
Sara ötən ilin yayında "Qalatasaray"a transfer olunub. O, cari mövsümdə 25 oyunda meydanda olub, 2 qol vurub və 7 assist edib.