
"Qalib gəlməyə yaxın idik" - Ançelotti
"Real"ın baş məşqçisi Karlo Ançelotti İspaniya çempionatının 23-cü turunun "Atletiko" ilə oyununa (1:1) yekun vurub.
"Sportlife.az" xəbər verir ki, italiyalı mütəxəssis komandasının yaxşı çıxış etdiyini bildirib:
“İkinci hissədə oyuna tam nəzarət bizdə idi, irəli getdik. Birinci hissə fərqli, çox yavaş keçdi. Penalti vəziyyəti komandaya təsir etdi. Bundan əvvəl çox yavaş oynadıq, amma ikinci hissədə daha geniş oynadıq, Vinisius və Rodriqo çoxlu təhlükəli anlar yaratdı. Komanda yaxşı idi, hamı özünü qurban verdi, futbolçular çox çətin matçda toparlandı. “Atletiko” əks-hücumlarda və müdafiədə çox yaxşı idi. Çuameni əla oyun göstərdi.
İkinci hissə yaxşı keçdi, komanda əsəbidi, çünki qələbəyə layiq olduqlarını düşünürlər. Qalib gəlməyə yaxın idik, amma xoşbəxt olmalıyıq, çətin həftədən sonra yenə də liderik və indi bizi çərşənbə axşamına qədər həftənin daha sakit bir hissəsi gözləyir”.
Bu görüşdən sonra "Real" 50 xalla turnir cədvəlində birinci, "Atletiko" isə 49 xalla ikinci pillədə qərarlaşıb. Ehtiyatda bir oyunu olan "Barselona" 45 xalla üçüncü pillədə qərarlaşıb.