
“Qarabağ”ın potensial rəqibləri bəlli oldu - SON DƏQİQƏ
Bu gün UEFA Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin püşkü atılıb.
Sportlife.az xəbər verir ki, püşkatmada Azərbaycan təmsilçisi “Qarabağ”ın da potensial rəqibi müəyyənləşib.
"Qarabağ" ikinci təsnifat mərhələsində Cəbəllütariqin "Linkoln" klubunu keçərsə, növbəti mərhələdə “Ludoqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları avqustun 6-7-də, cavab matçları isə avqustun 13-də keçiriləcək.