Samir Abasov: “İkinci hissədə rəqibə epizod vermədik”

  • 26 Oktyabr 2025, 18:35

"Neftçi" Misli Premyer Liqasının 9-cu turunda səfərdə "Qəbələ"ni 2:0 hesabı ilə məğlub edib.

Sportlife.az xəbər verir ki, paytaxt təmsilçisinin baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Rəqib baş məşqçi Kaxaber Tsxadadzeni və "Qəbələ"ni təbrik edirəm. Onlar çox yaxşı komandadır. Qəbələdə oynamaq çətindir. Birinci hissə bunu göstərdi. "Qəbələ" bütün rəqiblərinə qarşı üstün futbol oynayıb. Hər futbolçu nə etmək lazım olduğunu yaxşı bilir.Öz oyunçularıma minnətdaram. Bilirdik ki, futbolçular ikinci hissədə açılışacaq. Heyəti də buna uyğun qurmuşduq. Azarkeşlərimizə təşəkkür edirəm. Yolumuza davam edirik.

- Elvin Camalov və Edvin Kuç uzun müddətdir oynamırdı. Onları start heyətində meydana buraxmaqla risk etmədiniz?

- Xeyr, risk deyildi. Bilirik ki, daim burada məşq edən komandanın üstünlüyü bizdən çoxdur. Mərkəzi möhkəmləndirməklə rəqibin hücumlarının qarşısını almaq istəyirdik. Oyunun əvvəlindəMetyunu düşünə bilməzdik. Bu atmosferdə, havada onu ilk dəqiqələrdən meydana buraxa bilməzdik. Hazırlıq səviyyəsinin nə qədər olduğunu bilirik. Düşünürəm ki, hər şey yaxşı alındı.

- Sessi Dalmeydanın oynamamasının səbəbi Qəbələnin havası ilə bağlıdır?

- Xeyr, səbəb bu deyil. Düşündük ki, Elvin buranl tanıyır, Kuç da uzun müddətdir bizimlədir. Onlar da bizim oyunçulardır. Həmişə Sessi oynayacaq deyə bir şey yoxdur. Bütün futbolçular hazır olmalıdır, oynamalıdır.

- Hücum xəttini dəyişəndən sonra dərhal bəhrəsini verdi. Bu, növbəti oyunlarda start heyətinin müəyyənləşdirilməsinə təsir edə bilər?

- Qərarları buna görə vermirik. Bir neçə dəfə olub ki, sonradan meydana daxil olan futbolçular effekt veriblər. Amma görürsüz ki, əsas heyətdə kimlər olur. Mənə futbolçuların hamısının yaxşı formada olması lazımdır. 

- Oyundan sonra Metyuya iradlarınızı bildirdiz. Ona nə dediyinizə bilmək olar?

- Heç bir iraddan söhbət getmirdi. Onun meydançadakı duruşu ilə bağlı istəklərimizi deyirdim.

- Oyunu iki hissəyə bölsək, Vensan Abubakar meydana daxil olandan sonra hər şeyin dəyişdiyini demək olar?

- Böləsi olsaq, birinci və ikinci hissəyə bölsək, daha yaxşı olar. Bəli, Abubakar təcrübəsini göstərdi. O da bizim oyunçumuzdu. İkinci hissədə rəqibə epizod vermədik. 


Paylaş: