"Bu, klubun daxili işidir" - "Sabah" rəsmisi
"Sabah"ın futbolçuları Nicat Mehbalıyev və Ceyhun Nuriyevin əvəzedici komandaya göndərilməsi ilə bağlı xəbərlər yayılıb.
Məlumatı dəqiqləşdirmək üçün klubun mətbuat katibi Elnur Həmidovla əlaqə saxladıq. O, Sportlife.az-a açıqlamasında xəbəri təsdiqləyib, lakin bunun səbəbini açıqlamayıb:
"Futbolçular müxtəlif səbəblərdən əvəzedici heyətə göndərilə bilər. Bu klubun daxili işidir. Əsas olan klubun futbolçu qarşısında olan müqavilə öhdəliklərini yerinə yetirməsidir ki, bu baxımdan da heç bir problem yoxdur".