
“İsveç qrupun ən ağır komandalarından biridir. Çox yaxşı heyətləri var”.
Bu sözləri Sportlife.az-a açıqlamasında millimizin sabiq üzvü Rəşad Sadiqov AVRO-2024-ün seçmə mərhələsində keçiriləcək Azərbaycan-İsveç görüşü barədə danışarkən deyib. O, millimizin şanslarını belə dəyərləndirib:
“Millimizin Belçika ilə oyununda qığılcım görsəndi ki, nəsə edə bilərlər. Qələbə də qazana bilərik, məğlub da ola bilərik, hesab bərabərə də bitə bilər. Hər bir halda bu 3 variantdan biri olacaq. Mənə elə gəlir ki, komandamız bu gün yaxşı futbol oynayacaq. İsveçdəkindən qat-qat yaxşı çıxış edəcək. Komandamız xal almaq gücündədir, inşallah qələbə qazanarıq. Çünki Belçika ilə oyundan sonra millimizdə qələbə ruhunun daha da yaxşılaşdığı görünür”.
Qeyd edək ki, 4 xalla 4-cü yerdə qərarlaşan millimiz bu gün saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda 7 xalla qrup 3-sü olan İsveçi qəbul edəcək.
Nərmin VÜQARQIZI