12 Fevral 2024, 22:13

Azərbaycanın iki yunan-Roma güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında finala yüksəlib.

Sportlife.az xəbər verir ki, Rəşad Məmmədov (55 kq) yarımfinalda gürcüstanlı dünya çempionu Nuqzari Tsurtsumiaya (5:1) qalib gəlib.

Murad Məmmədov (63 kq) finala gedən yolda Ənvər Allahyarovu (AİN) (3:3) xalların keyfiyyətinə görə üstələyib.

İslam Abbasov (87 kq) Aleksandr Komarova (Serbiya) uduzduğu (1:3) üçün bürünc medal uğrunda qarşılaşmaya çıxacaq.

Yarımfinalda Türkiyə təmsilçisi Rza Kayaalpa yenilən Beka Kandelaki (130 kq) də medal şansını davam etdirir.

1/4 finalda məğlub olan Sənan Süleymanov (77 kq) rəqibi finala çıxa bilmədiyi üçün yarışı medalsız başa vurub.

Qeyd edək ki, bu çəkilərdə medal qarşılaşmaları fevralın 13-də olacaq. Yarış fevralın 18-də başa çatacaq.