Millimiz dünya üçüncüsü oldu

  • 28 Oktyabr 2024, 16:11

Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatı başa çatıb.

Sportlife.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, sərbəst güləş üzrə millimiz dünya çempionatını 1 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurub. Yekunda 100 xal toplayan yığmamız komanda hesabında dünya üçüncüsü olub. İran (158) birinci, Yaponiya (102) isə ikinci yeri tutub.

Xatırladaq ki, milli komandanın tərkibində Maqomed-Başir Xaniyev (70 kq) qızıl, Ruslan Abdullayev (61 kq) və Arseniy Djioyev (86 kq) gümüş, Cəbrayıl Qadjiyev (74 kq) isə bürünc medal qazanıb.


Paylaş: