Azərbaycan millisində növbəti FORMA BİABIRÇILIĞI

Azərbaycan millisində növbəti FORMA BİABIRÇILIĞI

  • 26 Mart 2019, 16:59

Xorvatiyadakı məlum forma qalmaqalı bitməmiş millimizdə forma ilə bağlı növbəti biabırçı olay yaşanıb.

Sportlife.az xəbər verir ki, Litva ilə dünənki yoxlama görüşünün ikinci hissəsində meydançaya çıxan Emin Mahmudovun formasının arxasındakı yazı diqqət çəkib.

Belə ki, Eminin soyadı Mahmudov olduğu halda formanın arxasına Makhmudiv yazılıb (rekord.az). Eyni hal Xorvatiyadakı matçda da yaşanıb. Görünən budur ki, milli komandanın yeni inzibatçısı işinə növbəti dəfə məsuliyyətsiz yanaşıb.

Maraq üçün qeyd edək ki, millinin yeni inzibatçısı Zaur Hacı-Məhərrəmov AFFA-nın baş katibi Elxan Məmmədovun həm kadrı, həm yerlisi, həm də qohumudu.


Paylaş: