Millimiz seçmə mərhələdə növbəti oyununu keçirəcək

  • 14 Oktyabr 2023, 09:53

Qadın həndbolçulardan ibarət Azərbaycan millisi 2024-cü ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Sportlife.az xəbər verir ki, yığma İspaniyanı qəbul edəcək.

Bakı İdman Sarayında gerçəkləşəcək qarşılaşma saat 17:00-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan millisi ilk görüşdə səfərdə Şimali Makedoniyaya 17:49 hesabı ilə uduzub. İspaniya isə Litvanı 47:14 hesabı ilə üstələyib.


Paylaş: