Azərbaycan millisinin sabiq üzvü I Liqa klubuna keçdi

  • 22 İyul 2024, 10:23

Azərbaycan millisinin sabiq müdafiəçisi Tərlan Quliyev özünə yeni komanda tapıb.

Sportlife.az xəbər verir ki, 32 yaşlı futbolçu Birinci Liqada çıxış edən "İmişli" ilə anlaşıb.

Bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Quliyevlə razılaşmanın detalları açıqlanmayıb.

Onun son komandası "Turan Tovuz" olub. Əvvəllər isə təcrübəli futbolçu "Neftçi”, “Qarabağ”, “Kəpəz” komandalarında oynayıb. 


Paylaş: