"Karvan" nigeriyalı vingerin müqaviləsini uzatdı

  • 22 İyun 2024, 17:47

"Karvan" aparıcı futbolçularından olan Peter Kinqslə bağlı qərar verib.

Sportlife.az xəbər verir ki, nigeriyalı vinger komandada qalacaq. Bu barədə Yevlax təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

23 yaşlı ön xətt oyunçusu ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Peter Kinqs 2023-cü ilin yayından "Karvan"da çıxış edir.


Paylaş: