Gimnastlarımız beynəlxalq turnirdə finala yüksəliblər
Polşanın Krakov şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə 11-ci Vavel beynəlxalq turnirində Azərbaycan millisinin üzvləri finala vəsiqə qazanıblar.
Sportlife.az xəbər verir ki, yarışda ölkəmizi təmsil edən Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə, Bilal Qurbanov, Hüseyn Abdullayev, Aleksey Karataşov, Xətai Hümbətov, Hadi Əliəkbər, Sənan Rzazadə (tamblinq) və Fərhad Vəliyev (batut gimnastikası) bunu reallaşdırıblar.
Onlar həlledici mərhələdə iştirak hüququ əldə ediblər.