Pərviz Abdullayev İstanbulda növbəti döyüşünü keçirəcək

Pərviz Abdullayev İstanbulda növbəti döyüşünü keçirəcək

  • 23 İyun 2021, 12:34

Azərbaycanlə kikboksçu Pərviz Abdullayev İstanbul şəhərində təşkil olunacaq “Akın döyüş arenası” turnirində iştirak edəcək. 

 35 yaşlı idmançı iyunun 26-da Braziliya idmançısı Gilyerme Rodriqo Ferreyra ilə üz-üzə gələcək. Qarşılaşma “Yahya Kemal Beyatlı Göstəri Mərkəzi”ndə baş tutacaq.

Bu, Abdullayevin peşəkarlar arasında 56-cı döyüşü olacaq. O, bunadək keçirdiyi 55 qarşılaşmada 49 qələbə qazanıb. Pərviz 26 dəfə rəqiblərini nokautla məğlub edib.


Paylaş: