Tofiq Musayevin növbəti rəqibi

  • 30 Yanvar 2026, 14:50

Azərbaycanın UFC döyüşçüsü Tofiq Musayevin növbəti rəqibi müəyyənləşib.

Sportlife.az xəbər verir ki, bu barədə insayder Leo Uolker Qimarayeş məlumat yayıb. Onun sözlərinə görə, təmsilçimiz Samuel Sançeslə üz-üzə gələcək.

Döyüşün aprelin 4-də ABŞ-nin Las-Veqas şəhərində keçiriləcək UFC 115 turniri çərçivəsində reallaşacağı gözlənilir.

Bu, Tofiq Musayevin UFC-dəki 2-ci döyüşü olacaq. O, daha əvvəl iyunun 21-də Bakıda baş tutan turnirdə qırğızıstanlı Oralbay Mıktıbeklə qarşılaşıb və ağrıdıcı fəndə düşərək məğlub olub.

Qeyd edək ki, braziliyalı Samuel Sançes MMA karyerası ərzində keçirdiyi 12 döyüşün 11-də qalib gəlib, 1-də uduzub. Tofiq Musayevin aktivində isə 28 döyüşdə 22 qələbə və 6 məğlubiyyət var.


Paylaş: