Azərbaycanı yox, Rusiya millisini seçdi
"Atamın Azərbaycanda anadan olmasına çox hörmət edirəm. Amma mən Rusiyada doğulmuşam".
Sportlife.az xəbər verir ki, bu sözləri Moskva "Dinamo"sunun futbolçusu Ülvi Babayev "Championat" nəşrinə açıqlamasında deyib.
21 yaşlı yarımmüdafiəçi AFFA-dan heç kimin ona müraciət etmədiyini bildirib: "Açığı, mən özüm də bunu düşünmədim. Mənim Rusiya millisində öz məqsədlərim və vəzifələrim var".
Qeyd edək ki, daha əvvəl mətbuatda AFFA-nın Ülvi Babayevi Azərbaycan millisinə cəlb etmək üçün danışıqlar apardığı barədə xəbərlər yayılmışdı.