"Lukaku bizimlə görüşdə də bütün xüsusiyyətlərini göstərdi"

  • 11 Sentyabr 2023, 11:49

Millimizin baş məşqçisi Canni De Byazi “tuttomercatoweb.com” saytına açıqlama verib.

Sportlife.az xəbər verir ki, təcrübəli mütəxəssis Belçika komandasının futbolçusu Romelu Lukakunun yığmamıza qarşı oyununu dəyərləndirib. O, hücumçunun çıxışını yüksək qiymətləndirib:

“Lukaku hələ ideal formada deyil, amma böyüyür. Bizimlə görüşdə də bütün xüsusiyyətlərini göstərdi. Qapı qarşısında həmişə yaxşıdır. Yarımmüdafiədən dəstək verilsə, onu dayandırmaq çox çətin olar. Lukakunu reaktiv gördüm, meydanda xeyli vaxtı oldu. İndi sadəcə, müntəzəm oynamalıdır. Fiziki gücü var, tam forma yığandan sonra yırtıcı olacaq. “Roma” üçün əla transferdir, onlara belə hücumçu lazım idi. Lukaku Dibala ilə əla cütlük təşkil edəcək”.

“Dalğa Arena”da keçirilən Azərbaycan – Belçika matçında qonaqlar 1:0 hesablı qələbə qazanıblar.


Paylaş: