Millimizin oyunu türkiyəli hakimlərə tapşırıldı

  • 10 Sentyabr 2023, 13:30

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Serbiya – Azərbaycan oyununun hakimləri açıqlanıb.

Sportlife.az xəbər verir ki, bu qarşılaşmanı türkiyəli hakimlər idarə edəcəklər.

Qarşılaşma sentyabrın 12-də, saat 22:00-da, Stara Pazova şəhərindəki Serbiya Futbol Federasiyasının İdman Mərkəzində baş tutacaq.

Baş hakim: Erkan Özdemir
Baş hakimin köməkçiləri: Serkan Olguncan, Murat Tugberk Curbay
Dördüncü hakim: Zorbay Küçük (Hakimlər briqadası Türkiyədəndir).


Paylaş: