
Polşa – Azərbaycan oyununa təyinatlar
Futzal üzrə DÇ-2024-ün əsas mərhələsi çərçivəsində keçiriləcək Polşa - Azərbaycan oyununun hakimləri müəyyənləşib.
Sportlife.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Martın 7-də, Bakı vaxtı ilə saat 23:00-da, Koszalin idman zalında keçiriləcək qarşılaşmanı Estoniya və Latviyadan olan hakimlər idarə edəcək:
Hakimlər: Yaqnar Yakobson (Estoniya), İnqus Purins (Latviya), Qriqori Oşomkov (Estoniya)
Hakim-inspektor: Silvo Borosak (Sloveniya)
UEFA nümayəndəsi: Joao Roça (Portuqaliya)