"Qismətə yaxınlaşıb dedim ki, sakitləşin" - MÜSAHİBƏ

"Qismətə yaxınlaşıb dedim ki, sakitləşin" - MÜSAHİBƏ

  • 4 Fevral 2024, 21:49

“Qəbələ”nin kapitanı Murad Musayevin Sportlife.az saytının Qəbələyə ezam olunmuş əməkdaşına müsahibəsini təqdim edirik:

- “Zirə” ilə heç-heçə barədə nə deyə bilərsən?

İtkilərimiz çox idi. 5 futbolçumuz cəzalı idi. Ağır oyun olacağını bilirdik. Komandamız meydanda xarakter göstərdi. Bu gün önəmli olan məğlub olmamaq idi. 1 xal düşünürəm ki, yaxşıdır. Əsas odur ki, komandada dirçəliş var. Qarşıdakı oyunlarda daha yaxşı “Qəbələ” görəcəksiniz.

1 xalı qələbəyə bərabər hesab etmək olarmı?

1 xal da lazımlıdır. Elə anlar olur ki, 1 xalın əhəmiyyəti böyük olur. İrəliləyən vaxtlarda baxacağıq ki, bunu 3 xala saymaq olar, ya yox.

Oyunda gərgin anlar yaşanırdı. Kapitan kimi bir çox hallarda orada yer alırdın və komanda yoldaşlarını sakitləşdirməyə çalışırdın...

İki tərəf də xarakterli, əzmkar komandadır. Belə olanda istər-istəməz meydanda mübarizə gedir. Belə hallar tez-tez olur. İstəkdən yaranan hadisələrdir.

Oyundan sonra Qismət Alıyevə yaxşınlaşıb nə dedin?

"Qismətə yaxınlaşıb dedim ki, sakitləşin. Etiraz edib, danışıb, havayı yerə sarı vərəqə almayın.

“Qəbələ” çempionatda qalacaqmı? Şansları necə dəyərləndirirsən?

Təbii ki, “Qəbələ” Premyer Liqada qalacaq. Bunun üçün nə lazımdırsa, etməyə hazırıq.

 

Hidayət Qurbanov / QƏBƏLƏ


Paylaş: